Gürcüstanda cinayət halları illik müqayisədə 10% azalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri illik hesabatı təqdim edərkən bildirib.
Nazirin sözlərinə görə, müəyyən cinayət əməlləri ilə bağlı artım qeydə alınıb: “Kibercinayətkarlıq 24%, ailə zorakılığı faktları 8,5%, qətl halları isə 11% artıb”.
V.Qomelauri qeyd edib ki, kriminogen vəziyyətə təsir edən əsas cinayətkarlıq kateqoriyaları olan soyğunçuluq 42%, zorakılıq 34%, oğurluq əməlləri 25%, mənzillərdən qarət halları 22%, adam öldürmə cəhdləri isə 5% azalıb.