Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan hərəkət məhdudiyyəti aradan qaldırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının müvafiq qərarı bu gün saat 23:00-dan etibarən qüvvəyə minəcək.
Qonşu ölkədə komendant saatı ötən ilin noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilirdi.
Bu ilin iyunun 1-dən məhdudiyyət müddəti qısaldılaraq saat 23:00-dan 04:00-dək qüvvədə qalırdı.