Gürcüstanda ötən sutkada koronavirusa 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son bir gündə daha 280 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 654 945 nəfərdə aşkarlanıb. Onların 1 636 800-ü sağalıb, 16 807-si isə ölüb.