Gürcüstanda son sutkada koronavirusa 152 yeni yoluxma faktı təsdiqlənib, 6 pasiyent sağalıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə hökumətin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 2 227 nəfərə, sağalanların sayı isə 1 369-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır.