Gürcüstanda ötən sutkada koronavirusa 1 970 yeni yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 7 294 nəfər müalicə olunaraq sağalıb, 29 pasiyent isə vəfat edib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 1 631 900 nəfərdə aşkarlanıb. Onların 1 578 178-i sağalıb, 16 485-i isə dünyasını dəyişib.