Gürcüstanda ötən sutkada koronavirusa 266 yeni yoluxma faktı təsdiqlənib, 2 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son bir gündə daha 348 nəfər müalicə olunaraq sağalıb.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 1 652 235 nəfərdə aşkarlanıb. Onların 1 632 194-ü sağalıb, 16 781-i isə dünyasını dəyişib.