Gürcüstanda koronavirusa qarşı peyvəndləmənin başlanacağı vaxt açıqlanıb

Gürcüstanda koronavirusa qarşı peyvəndləmənin başlanacağı vaxt açıqlanıb “Gürcüstanda koronavirusa qarşı peyvəndin bu ilin birinci rübündə tətbiq olunacağı nəzərdə tutulub”.
Region
15 Yanvar , 2021 16:03
Gürcüstanda koronavirusa qarşı peyvəndləmənin başlanacağı vaxt açıqlanıb

“Gürcüstanda koronavirusa qarşı peyvəndin bu ilin birinci rübündə tətbiq olunacağı nəzərdə tutulub”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan “COVAX” platforması vasitəsilə ilkin mərhələdə “Pfizer” vaksini əldə edəcək: “Gürcüstan platformadan aldığı məktuba yanvarın 18-də cavab məktubu göndərməlidir. Sənəddə ölkədə vaksinasiyanın aparılması ilə bağlı hazırlıqlar barədə məlumat təqdim olunacaq. Əminəm ki, cavabımız platformanı qane edəcək və yaxın zamanlarda Gürcüstanda peyvəndləməyə başlamaq mümkün olacaq”.

Son xəbərlər

Orphus sistemi