Gürcüstanda ötən sutkada daha 2 016 nəfərdə koronavirus aşkarlanıb, 43 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 600 412-yə, ölənlərin sayı isə 8 664-ə çatıb.
Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 024 nəfər artaraq 567 797 olub.