Gürcüstanda daha 9 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 225 nəfərə, sağalanların sayı isə 1 000 nəfərə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 7 068, tibbi nəzarətdə isə 250 nəfər saxlanılır.