Gürcüstanda koronavirusa yoluxma hallarının artması barədə açıqlama

Gürcüstanda koronavirusa yoluxma hallarının artması barədə açıqlama “Gürcüstanda koronavirus infeksiyasına yoluxma hallarında artım gözlənilən idi”.
Region
2 Sentyabr , 2020 12:18
Gürcüstanda koronavirusa yoluxma hallarının artması barədə açıqlama
Amiran Qamkrelidze

“Gürcüstanda koronavirus infeksiyasına yoluxma hallarında artım gözlənilən idi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.  

Onun sözlərinə görə, buna səbəb yay aylarında ölkə daxilində turist səfərlərinin kəskin artmasıdır.

Baş epidemioloq qeyd edib ki, ölkədə sutkalıq yoluxma sayı 50 olsa belə, bu səhiyyə sistemi üçün böyük yük deyil: “Gürcüstanda hazırkı epidemioloji vəziyyət tam idarə olunandır. Lakin bizdə belə bir illüziya olmamalıdır ki, Gürcüstan koronavirusa qalib gəlib. İnfeksiya ölkədə dövr edir. Əgər adi tövsiyələrə əməl olunmasa, virusun genişlənməsi təhlükəsi yaranacaq”.

Son xəbərlər

Orphus sistemi