Gürcüstanda son sutka ərzində daha 1 543 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 20 nəfər ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 633 443-ə, vəfat edənlərin sayı isə 16 505-ə yüksəlib.
Son bir gündə 3 198, ümumilikdə isə 1 581 376 nəfər müalicə olunaraq sağalıb.