Gürcüstanda koronavirusun Britaniya ştammına daha iki şübhəli yoluxma halı müəyyən edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, hazırkı mərhələdə nümunələrlə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, qonşu ölkədə koronavirusun yeni ştammına ilk yoluxma halı bu ilin yanvarın 4-də təsdiqlənib. Yoluxan şəxs müalicə olunaraq sağalıb.