Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya ədalət” çağırışı edilib

Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya ədalət” çağırışı edilib Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanın dəmir yolları şəbəkəsinin Marabda- Kartsaxi dəmir yolu sahəsi üzrə hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüsta
Region
26 Fevral , 2022 14:44
Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya ədalət” çağırışı edilib

Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanın dəmir yolları şəbəkəsinin Marabda- Kartsaxi dəmir yolu sahəsi üzrə hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialına məxsus lokomotivlərin üzərində “Xocalıya ədalət” şüarı, Bakıdakı “Ana harayı” abidəsi və faciəyə dair faktları özündə əks etdirən posterlər yerləşdirilib.

"Report"un yerli bürosu xəbər verir ki, kampaniya çərçivəsində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükut və lokomotivlərin sirena siqnal səsləri ilə yad olunub.

Eləcə də ehsan mərasimi təşkil edilib.

Son xəbərlər

Orphus sistemi