İndiyədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 600 yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd edək ki, qonşu ölkədə COVID-19-un yeni variantına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.