Gürcüstanda “Omikron”a yoluxma faktları 1 185-ə çatıb

Gürcüstanda “Omikron”a yoluxma faktları 1 185-ə çatıb Gürcüstanda son sutkada koronavirusun “Omikron” ştamına 89 yeni yoluxma halı qeydə alınıb.
Region
15 Yanvar , 2022 12:44
Gürcüstanda “Omikron”a yoluxma faktları 1 185-ə çatıb

Gürcüstanda son sutkada koronavirusun “Omikron” ştamına 89 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da hazırkı dövrədək Gürcüstanda COVID-19-un yeni variantına yoluxanların sayı 1 185-ə yüksəlib.

Qonşu ölkədə hazırda koronavirusa yoluxma hallarının 45 %-i “Omikron”un payına düşür.

Qeyd edək ki, qonşu ölkədə “Omikron”a ilk yoluxma halı dekabrın 20-də təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi