Gürüstanda mövsümi qrip virusu aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Ötən həftə qonşu ölkədə mövsümdə ilk dəfə B tipli virus qeydə alınıb. A tipli qrip virusunun dövriyyəsi isə müəyyən olunmayıb.
Qeyd edək ki, Gürcüstan qrip əleyhinə təxminən 65 min doza peyvənd tədarük edib.