Gürcüstanda radioaktiv maddənin satışı faktı üzrə iki nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Həmin şəxslər təhlükəli maddəni Kutaisi şəhərində 300 min avroya satmağa çalışarkən həbs ediliblər.
Radioloji ekspertizanın rəyinə əsasən, müsadirə edilmiş konteynerdə Am 241 radiokativ maddəsi olub. Bu maddə ilə uzunmüddətli təmas insan üçün təhlükəlidir.
Faktla bağlı istintaqı DTX-nin Əks-kəşfiyyat Departamenti aparır.