Gürcüstanda səhra hospitalları yaradıla bilər

Gürcüstanda səhra hospitalları yaradıla bilər Gürcüstanda böyük klinikaların yaxınlığında səhra hospitallarının yaradılması təklif olunur.
Region
23 Noyabr , 2020 14:24
Gürcüstanda səhra hospitalları yaradıla bilər
0 : 00
0 : 00

Gürcüstanda böyük klinikaların yaxınlığında səhra hospitallarının yaradılması təklif olunur.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Klinikalar Assosiasiyası bu təkliflə hökumətə müraciət edib.

Təklifə əsasən, səhra hospitalları 100, 300, 500 pasiyent üçün nəzərdə tutulmalı və müvafiq avadanlıqlarla təchiz olunmalıdır.

Müraciətdə bildirilib ki, koronavirusla mübarizədə səhiyyə sistemində bir sıra çatışmazlıqlar yaranıb.

Assosiasiya xaricdə çalışan gürcü həkimlərin vətənə dəvət olunması və hərbi tibb heyətinin də pandemiya ilə mübarizəyə cəlb olunmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi