Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir

Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən ümümi karantin elan edəcəyi gözlənilir.
Region
20 Noyabr , 2020 11:10
Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir
0 : 00
0 : 00

Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən ümümi karantin elan edəcəyi gözlənilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumata əsasən, ümumi sərt karantin rejiminin noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turundan sonra tətbiqi nəzərdə tutulub. Xüsusi rejim noyabrın 24-dən dekabrın 7-dək qüvvədə saxlanılacaq.

Sərt məhdudiyyətlərin ictimai nəqliyyat və iri ticarət mərkəzlərinin fəaliyyətinə şamil olunacağı bildirilib.

“Lokdaun”un müddətinin dekabrın 7-dən sonra uzadılacağı da istisna edilmir.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze öz növbəsində bildirib ki, ölkədə qüvvədə olan məhdudiyyətlər genişləndiriləcək, ümumi karantin isə planlaşdırılmır.

Son xəbərlər

Orphus sistemi