Gürcüstanda tam peyvəndlənmiş turistlər test verməli olacaqlar 

Gürcüstanda tam peyvəndlənmiş turistlər test verməli olacaqlar  “Gürcüstana səfər edən turistlərin koronavirusa qarşı vaksinin hər iki dozasını almalarına baxmayaraq, ölkə ərazisində testdən keçməsi tövsiyə deyil, tənzimləmə olmalıdır”
Region
28 İyun , 2021 13:18
Gürcüstanda tam peyvəndlənmiş turistlər test verməli olacaqlar 

“Gürcüstana səfər edən turistlərin koronavirusa qarşı vaksinin hər iki dozasını almalarına baxmayaraq, ölkə ərazisində testdən keçməsi tövsiyə deyil, tənzimləmə olmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze deyib.

Onun sözlərinə görə, turistlərdən Gürcüstanda test olunması tələb olunmalıdır: “Bu halda saxta sənədlərin təqdim olunmaması ilə bağlı daha çox zəmanətimiz olacaq. Turistlərin ölkədə hərəkəti vətəndaşlarımız üçün təhlükəsiz olmalıdır”.

Qeyd edək ki, Gürcüstan ərazisinə hava və quru yolla daxil olan peyvənddən keçən və keçməyən əcnəbilər son 72 saat ərzində aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi