Gürcüstanda qoruyucu maskadan məcburi istifadə müddəti artırılacaq

Gürcüstanda qoruyucu maskadan məcburi istifadə müddəti artırılacaq Gürcüstanda açıq və qapalı məkanlarda qoruyucu maskadan məcburi istifadə müddətinin artırılması planlaşdırılır
Region
14 Fevral , 2021 14:24
Gürcüstanda qoruyucu maskadan məcburi istifadə müddəti artırılacaq

Gürcüstanda açıq və qapalı məkanlarda qoruyucu maskadan məcburi istifadə müddətinin artırılması planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər sabah parlamentin bürosuna təqdim olunacaq.

Qüvvədə olan qanunla qoruyucu maskadan məcburi istifadə müddəti martın 2-dək müəyyən edilib. Müddətin nə vaxtadək uzadılması məsələsi qanun layihəsinin müzakirəsi zamanı dəqiqləşdiriləcək.

Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrından həm qapalı məkanlarda, həm də açıq havada tibbi maskadan istifadə məcburi olub. Qoruyucu tibbi vasitədən düzgün istifadə qaydalarını pozan fiziki şəxslər 20 lari məbləğində cərimə olunurlar. Bu qayda pozuntusuna təkrar yol verildiyi halda cərimənin məbləğinin 50 lariyədək artırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi