Gürcüstanda koronavirusa qarşı vaskinasiya prosesində üçüncü dozanın (“buster” doza) tətbiqi nəzərdə tutulur.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “buster” doza ilk növbədə zəif immunitetli şəxslərə vurulacaq.
Nazir müavini həmçinin deyib ki, son günlər Gürcüstanda peyvəndlənmə səviyyəsi aşağı düşüb. “Ən yüksək göstərici Tbilisidə qeydə alınıb. Şəhərin yaşlı əhalisinin 60 faizdən çoxu artıq vaksinasiyadan keçib”.