Gürcüstanda vaksinasiya üzrə milli plan hazırlanacaq

Gürcüstanda vaksinasiya üzrə milli plan hazırlanacaq Gürcüstanda koronavirusa qarşı vaksinasiyanın həyata keçirilməsi üçün Dövlət Qurumlarıarası Koordinasiya Komissiya yaradılacaq.
Region
16 Dekabr , 2020 10:39
Gürcüstanda vaksinasiya üzrə milli plan hazırlanacaq

Gürcüstanda koronavirusa qarşı vaksinasiyanın həyata keçirilməsi üçün Dövlət Qurumlarıarası Koordinasiya Komissiya yaradılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.

Qərara əsasən, komissiya vaksinasiya üçün milli fəaliyyət planı hazırlayacaq. Qurum peyvəndləmənin koordinasiyası, monitorinqini və planın icra olunmasını təmin edəcək.

Komissiyanın işində Gürcüstanın müvafiq nazirlikləri ilə yanaşı beynəlxalq təşkilatlar və maliyyə qurumlarının nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, COVID-19 əleyhinə peyvəndin Gürcüstana 2021-ci ilin mart-aprel aylarında çatdırılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi