Gürcüstanda vaksinasiyanın növbəti mərhələsinə başlanılıb

Gürcüstanda vaksinasiyanın növbəti mərhələsinə başlanılıb Bu gündən Gürcüstanda 55 yaşdan yuxarı vətəndaşların koronavirus əleyhinə peyvəndlənməsinə başlanılıb
Region
5 Aprel , 2021 09:29
Gürcüstanda vaksinasiyanın növbəti mərhələsinə başlanılıb

Bu gündən Gürcüstanda 55 yaşdan yuxarı vətəndaşların koronavirus əleyhinə peyvəndlənməsinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, vaksinasiyanın növbəti mərhələsində "AstraZeneca" preparatı tətbiq ediləcək.

Prosesə dialez xəstələri və orqan köçürülən şəxslər də cəlb olunacaq.

Qeyd edək ki, qonşu ölkədə vaksinasiyaya martın 15-dən start verilib. İndiyədək 11 mindən çox şəxs peyvəndlənmədən keçib.

Son xəbərlər

Orphus sistemi