Gürcüstanın azərbaycanlı icmasının üzvləri: Novruz dini bayram deyil

Gürcüstanın azərbaycanlı icmasının üzvləri: Novruz dini bayram deyil Gürcüstanda 10 qeyri-hökumət təşkilatı və ictimai fəallar birgə bəyanat yayıblar
Region
17 Mart , 2021 20:16
Gürcüstanın azərbaycanlı icmasının üzvləri: Novruz dini bayram deyil

Gürcüstanda azərbaycanlıların təmsil olunduqları 10 qeyri-hökumət təşkilatı və ictimai fəallar birgə bəyanat yayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə martın 21-də - Novruz bayramı günündə ölkədə komendant saatının bir günlük ləğvi xahişi ilə hökumətə təqdim olunan müraciətin Dini Məsələlər üzrə Dövlət Agentliyinə yönəldilməsinin yanlış olduğu bildirilib.

Bəyanat müəlliflərinin sözlərinə görə, Novruz bayramının hər hansı bir dinə, o cümlədən İslam dininə heç bir aidiyyəti yoxdur: “Bundan əlavə bilirik ki, Gürcüstanda pandemiya ilə əlaqədar bütün məhdudiyyətləri və qərarları Baş nazirin rəhbərliyi altında fəaliyyət göstərən Dövlət İdarələrarası Koordinasiya Şurası qəbul edir”.

Azərbaycanlı icmasının üzvləri Baş nazir İrakli Qaribaşvili, Hökumət Administrasiyası, habelə Koordinasiya Şurasını müraciətə baxılmasını öz üzərilərinə götürməyə çağırıblar.

Sənəddə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi də vurğulanıb. Həmçinin qeyd olunub ki, Gürcüstanda Novruz bayramı əsrlər boyu qeyd olunur və bunu görkəmli gürcü şairi Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” əsəri də sübut edir.

Son xəbərlər

Orphus sistemi