Gürcüstanın Baş naziri Aİ-yə üzvlüklə bağlı rəsmi müraciəti imzalayıb

Gürcüstanın Baş naziri Aİ-yə üzvlüklə bağlı rəsmi müraciəti imzalayıb Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu almaqla bağlı rəsmi müraciət imzalanıb.
Region
3 Mart , 2022 17:13
Gürcüstanın Baş naziri Aİ-yə üzvlüklə bağlı rəsmi müraciəti imzalayıb
İrakli Qaribaşvili

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu almaqla bağlı rəsmi müraciət imzalanıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənədi ölkənin Baş naziri İrakli Qaribaşili imzalayıb.

O, ölkə vətəndaşlarına müraciətində bu günü Gürcüstan üçün tarixi gün adlandırıb.

İ.Qaribaşvili qeyd edib ki, müraciət Gürcüstanın Avropaya inteqrasiyası yolunda növbəti önəmli addımdır.

Xatırladaq ki, Gürcütan Aİ-yə üzv olmaq üçün müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı. Ukraynada baş verən hadisələr fonunda qonşu ölkə ötən gün müraciəti vaxtından tez təqdim etməklə bağlı qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi