Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuliyə səfər edib.
Region
21 Mart , 2022 14:38
Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuliyə səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Marneuli meriyasının Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirə qatılıb.

Hökumət başçısı soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.

O, etnik azərbaycanlılara və müsəlman həmvətəndaşlara cansağlığı, sülh və tərəqqi arzulayıb.

İ.Qaribaşvili müsəlman icmasının Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu bildirib: “Biz həmişə bir yerdə olmuşuq və ölkəmizin ümumi tarixini yaradırıq. Hökumət adından etnik azərbaycanlılara və hər bir müsəlmana dövlət quruculuğuna verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Marneulidə Novruz tədbirində Baş nazirlə yanaşı, parlamentin sədri Şalva Papuaşvili, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Marneuli meri Kənan Ömərov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “Socar Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər. 

 

Son xəbərlər

Orphus sistemi