Gürcüstanın baş naziri müxalifətlə dialoqda iştiraka hazırlıq ifadə edib

Gürcüstanın baş naziri müxalifətlə dialoqda iştiraka hazırlıq ifadə edib o, Tbilisidə tərəfləri bu axşam görüşməyə dəvət edib
Region
1 Mart , 2021 18:37
Gürcüstanın baş naziri müxalifətlə dialoqda iştiraka hazırlıq ifadə edib
İrakli Qaribaşvili

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Gürcüstanın iqtidar və müxalifəti arasında dialoqun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Tbilisidə tərəfləri bu axşam görüşməyə dəvət edib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ rəsmisinin təşəbbüsünü alqışlayıb və müxalifətlə görüşdə iştiraka hazır olduğunu bildirib: “İctimaiyyət qarşısında təsdiqləyirəm ki, görüşə qatılmağa hazıram. Komandamla birgə siyasi gərginliyin azalması və konstruktiv dialoq üçün mümkün olan hər şeyi etməyə hazıram”.

Qeyd edək ki, fevralın 23-də müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsindən sonra Gürcüstanda siyasi böhran hökm sürür.

Son xəbərlər

Orphus sistemi