Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münhen Təhlükəsizlik Konfransında nitqlə çıxış edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, o, regionda uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün xüsusi plan təqdim edəcək.
Sessiyada Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı və Avropa Komissiyasının nümayəndələri iştirak edəcəklər.
İ.Qaribaşvili gün ərzində bir neçə ikitərəfli görüşlər də keçirəcək.