Gürcüstanın hakim partiyasından istefalar davam edir

Gürcüstanın hakim partiyasından istefalar davam edir Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasından daha üç məmur istefa verib.
Region
13 İyul , 2022 18:45
Gürcüstanın hakim partiyasından istefalar davam edir

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasından daha üç məmur istefa verib.

“Report”un yerli bürosu xəbər verir ki, partiya sıralarını Telavi, Adigeni və Aspindze bələdiyyələrinin üzvləri tərk ediblər.

Levan Koçloşvili, İmeda Mqebrişvili və Giya Çelişvili bildiriblər ki, istefa barədə qərarları azad danışmaları üçün qəbul ediblər. Onların fikrincə, Qərb müxalifəti həddindən artıq dəstəkləyir və Gürcüstanın müharibəyə cəlb edilməsi təhlükəsi yaradır.

Qeyd edək ki, iyunun 28-də “Gürcü Arzusu”ndan parlamentin üç komitəsinin sədri - Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze, iyulun 11-də isə Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin üzvləri istefa veriblər.

Son xəbərlər

Orphus sistemi