Gürcüstanın hakim partiyasının Marneuli meri vəzifəsinə namizədi məlum olub

Gürcüstanın hakim partiyasının Marneuli meri vəzifəsinə namizədi məlum olub Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Marneuli meri vəzifəsinə namizədi Kənan Ömərov olacaq.
Region
29 İyul , 2021 14:53
Gürcüstanın hakim partiyasının Marneuli meri vəzifəsinə namizədi məlum olub

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının Marneuli meri vəzifəsinə namizədi Kənan Ömərov olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Marneuli-Qardabani dairəsi üzrə majoritar deputat Zaur Darğallı feysbuk hesabında məlumat yayıb.

K.Ömərov bu ilin yanvar ayından Marneuli merinin müavinidir. O, bu təyinata qədər Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsini tutub.

“Gürcü Arzusu”nun ölkə üzrə mer postlarına namizədlərinin rəsmi təqdimatını bu həftə ərzində keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Marneuli meri vəzifəsi ötən ilin oktyabr ayından boş qalıb. Belə ki, sabiq mer Z.Darğallı parlament seçkilərində deputat mandatı əldə edib. Hazırda mer vəzifəsinin səlahiyyətlərini I müavin Zaur Tabatadze yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi