ABŞ və Avropa İttifaqının (Aİ) maliyyələşməni dayandırmaq qərarları Gürcüstanın dövlət büdcəsinə təsir etməyib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze ölkənin Qərbin maliyyə dəstəyinə ehtiyacının olub-olmamasından danışarkən deyib.
"Büdcənin vacib məsələləri maliyyələşdirmək üçün real imkanı var. Hər bir islahat üçün vəsait tapmaq problem deyil, əsas odur ki, biz islahatı düzgün həyata keçirək”, - deyə G.Kakauridze bildirib.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti tərəfindən “Xarici agentlər haqqında" qanun qəbul edildikdən sonra Aİ gürcü hökumətinə yardımı dondurub və ölkənin ittifaqa qoşulmasından imtina ilə təhdid edib. ABŞ isə bəzi Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq edib.