Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya hakim Gürcü Arzusu Partiyasına müraciət ünvanlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, o, partiyanı "Amnistiya haqqında" qanunu parlamentin gündəliyindən birdəfəlik çıxarmağa çağırıb.
Müxalifətçinin sözlərinə görə, əgər bu, mümkün deyilsə, amnistiya yalnız 2019-cu ilin iyul hadisələri zamanı Rusiya Dumasının deputatı Sergey Qavrilova etiraz edənlərə şamil olunmalıdır: “Amnistiyanı geri çağırın və bu halda mən Avropa İttifaqının təklif etdiyi girov əsasında həbsxananı tərk etməyə hazıram”.
Qeyd edək ki, Avropa İttifaqının vasitəçiliyi ilə Gürcüstanda hakimiyyət və müxalifət arasında aprelin 19-da imzalanan siyasi böhrandan çıxış planında 2019-cu ilin 19-21 tarixində saxlanılan bütün şəxslərin əvfi ilə bağlı qanunun qəbulu yer alıb.
N.Meliyanın işi üzrə növbəti məhkəmə prosesi aprelin 29-na təyin olunub.