Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya deputat mandatından imtina edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib.
O, tam olaraq qarşıdan gələn seçki prosesinə cəlb olunacağını bildirib.
N.Meliya parlamentdə təmsil olunan VMHP nümayəndələrini qanunverici orqanda formal olaraq qalmağa çağırıb.
Qeyd edək ki, N.Meliya ötən ilin oktyabrında keçirilən parlament seçkilərində deputat seçilsə də, nəticələri tanımadığından qanunverici orqana daxil olmaqdan imtina edib. O, bu ilin mayından parlamentdə təmsil olunmağa qərar verib.
VMHP sədri bu ilin oktyabrına təyin olunan yerli seçkilərdə Tbilisi meri postu uğrunda mübarizə aparacaq.