Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbsdə saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
Tbilisi Şəhər Məhkəməsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, prosesdə siyasətçinin özü də iştirak edir.
VMHP sədrinin iki aylıq həbs müddəti aprelin 17-də başa çatdığından hakimin müddətin uzadılması barədə qərar qəbul edəcəyi gözlənilir. N.Meliyanın vəkili müdafiə etdiyi şəxsin azadlığa buraxılmasını tələb edir.
N.Meliya məhkəmənin müəyyən etdiyi girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs olunub. Müxalifətçi girovu qanunsuz hesab edir və onu ödəməyəcəyini bildirib.
Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 6 ildən 9 ilədək həbs gözləyir.