Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır

Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır Bir sıra cinayətlərə görə axtarışda olan Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin adı ölkədə terror aktının və hakimiyyəti devirmək üçün sui-qəsdin, o cümlədən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri və qurucusu Bi
Region
25 İyul , 2024 18:15
Gürcüstanın sabiq ədliyyə nazirinin adı İvanişviliyə qarşı sui-qəsd işində hallanır

Bir sıra cinayətlərə görə axtarışda olan Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin adı ölkədə terror aktının və hakimiyyəti devirmək üçün sui-qəsdin, o cümlədən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri və qurucusu Bidzina İvanişvilinin qətlinin hazırlanması ilə bağlı işdə hallanır.

"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Vahid Milli Hərəkat" partiyasından olan deputat Laşa Ruxaya deyib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti digər məsələlərlə yanaşı, İvanişvilinin qətlinin hazırlanması ilə bağlı da araşdırma aparıldığını təsdiqləyib.

Son günlər ərzində Dövlət Təhlükəsizliyi Xidməti artıq bir neçə nəfəri dindirib.

Son xəbərlər

Orphus sistemi