Gürcüstanın xarici işlər naziri ABŞ-yə səfər edib

Gürcüstanın xarici işlər naziri ABŞ-yə səfər edib Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə gedib.
Region
8 İyul , 2024 15:58
Gürcüstanın xarici işlər naziri ABŞ-yə səfər edib

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə gedib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xarici işlər naziri iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitində və tərəfdaş ölkələr formatında planlaşdırılan xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

İ.Darçiaşvili sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə də iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi