Gürcüstanın XİN başçısı: “Aİ Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq formatını dəstəkləyir”

Gürcüstanın XİN başçısı: “Aİ Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq formatını dəstəkləyir” “Avropa İttifaqının Tbilisinin Cənubi Qafqazın üç ölkəsi arasında dialoq platformasına çevrilməsi ilə bağlı təşəbbüsümüzə güclü dəstəyi var”.
Region
16 Dekabr , 2021 13:18
Gürcüstanın XİN başçısı: “Aİ Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq formatını dəstəkləyir”
David Zalkaliani

“Avropa İttifaqının Tbilisinin Cənubi Qafqazın üç ölkəsi arasında dialoq platformasına çevrilməsi ilə bağlı təşəbbüsümüzə güclü dəstəyi var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.

“Biz Gürcüstanın üçtərəfli formatda güclü təmsil olunmağını istəyirik və bu məsələdə bizim avropalı tərəfdaşlarımızın dəstəyi var”, - nazir qeyd edib.

XİN başçısının sözlərinə görə, Aİ rəsmisi ilə görüşdə bölgədəki vəziyyət nəzərdən keçirilib və Gürcüstan Baş nazirinin Azərbaycanla Ermənistan arasında uğurlu vasitəçiliyi yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi