Hakkaridə 8 terrorçu zərərsizləşdirilib

Hakkaridə 8 terrorçu zərərsizləşdirilib Türkiyənin Hakkari şəhərində 8 terrorçu məhv edilib.
Region
19 Avqust , 2021 15:22
Hakkaridə 8 terrorçu zərərsizləşdirilib

Türkiyənin Hakkari şəhərində 8 terrorçu məhv edilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Eren-14” əməliyyatı çərçivəsində Hakkarinin Cilo bölgəsində PUA-ların da havadan köməyilə bölücü terror təşkilatına mənsub 8 şəxs zərərsizləşdirilib. Regionda əməliyyatların davam etdirildiyi vurğulanıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə tviter səhifəsində paylaşım edərək xeyli müddətdir təqib olunan 8 nəfərdən ibarət terrorçu qrupun Hakkaridə zərərsizləşdirildiyini ifadə edib.

“Qəhrəmanlarımızı təbrik edirəm”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi