"Bu il “Texnofest”ə 36 fərqli kateqoriya üzrə 200 mindən artıq yarışmaçı müraciət edib. Həqiqətən "Texnofest" dünyanın ən böyük texnologiya, hərbi və mülki aviasiya festivalıdır. Bizim məqsədimiz gənclərimizin milli texnologiyanın gücünə inanaraq elmi fəaliyyətlərini davam etdirməsidir".
Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
Dünyanın 110 ölkəsindən "Teknofest" ə müraciətlərin olduğunu bildirən Haluk Bayraktar Azərbaycanın bu festivalda iştirakını xüsusi əhəmiyyətli hesab edib: "Azərbaycan qardaş, tərəfdaş ölkə olmaqla yanaşı, bizim beynəlxalq səviyyəli partnyormuzdur, beynəlxalq səviyyəli mübadilə proqramlarının tədbiqini və gələcəkdə "Texnofest"in Azərbaycanda keçirilməsini planlaşdırmışıq" - o, əlavə edib.