Rusiyanın Həştərxan vilayətindən Bakıya gələn tanker Volqa-Xəzər kanalında saya oturub.
“Report” “Astravolga.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in Həştərxan vilayəti üzrə idarəsi məlumat yayıb.
Bildirilib ki, ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Hadisə kanalda hərəkət dayanmasına səbəb olmayıb.