“Biz Ege dənizinin dostluq dənizi olmasını istəyirik”.
“Report” xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar yunanıstanlı həmkarı Nikolaos Panagiotopoulos ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyənin arzusu hər iki ölkə vətəndaşlarının təhlükəsiz yaşamasıdır:
“İki mədəni ölkə olaraq mövcud problemlərin sülh ilə həlli əsas istəyimizdir. Fürsətdən istifadə edib həm səfərinə, həm də zəlzələ ilə əlaqədar bizə göstərdikləri dəstəyə görə Yunanıstana təşəkkür edirəm”.