İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbçilərin meyitlərinin Ermənistanın Abovyan şəhərindəki vərəm xəstəxanasının zirzəmisində gizlədildiyi məlum olub.
“Report” xəbər verir ki, sosial mediada həmin xəstəxanadan videogörüntülər yayılıb.
Belə ki, videogörüntülərdə erməni hərbçilərin meyitlərinin polietilen paketlərə bükülərək soyuducu kameralarda deyil, xəstəxananın çirkli zirzəmisində saxlanıldığını görmək olar.
Sosial mediada yayılan məlumatlara görə, zirzəmidə 186 əsgərin meyiti saxlanılır.