İngiltərədə kimyəvi müəssisədə sızma olub, 15 nəfər yaralanıb

İngiltərədə kimyəvi müəssisədə sızma olub, 15 nəfər yaralanıb İngiltərənin Kent qraflığındakı “Quarry Wood” sənaye bölgəsində kimyəvi maddənin sızması nəticəsində 15 nəfər xəsarət alıb.
Region
30 İyul , 2021 12:24
İngiltərədə kimyəvi müəssisədə sızma olub, 15 nəfər yaralanıb

İngiltərənin Kent qraflığındakı “Quarry Wood” sənaye bölgəsində kimyəvi maddənin sızması nəticəsində 15 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.

Kimyəvi maddənin sızması səbəbi barədə məlumat yayılmayıb.

Təcili xidmət heyəti hadisə yerinə giriş-çıxışı bağlayıb.

Son xəbərlər

Orphus sistemi