“Gürcüstan Azərbaycanın dostudur və bu, belə də davam edəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O, iki ölkə arasında mükəmməl münasibətlərin olduğunu bildirib: “Azərbaycan Prezidenti ilə strateji tərəfdaşlıq və önəmli regional layihələr barədə məhsuldar müzakirələr apardıq”.
Baş nazirin sözlərinə görə, Gürcüstan və Azərbaycan birgə daha çox layihələr həyata keçirməlidir və bu, hər iki ölkənin imkanlarından asılıdır.
İ.Qaribaşvili Gürcüstanın bölgədə sülhün və münaqişələrin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu da qeyd edib.