“Gürcüstanın Türkiyə ilə strateji tərəfdaşlığı var və biz əlbəttə ki, bu ölkə ilə dostluq və əməkdaşlığa böyük diqqət veririk”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, iki ölkə arasında yüksək səviyyəli strateji dialoq fəallaşdırılacaq: “Mənim Türkiyəyə uğurlu səfərim və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüm olub. Onun təşəbbüsü ilə Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı bu ilin sonunda keçiriləcək”.