“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, görüşdə birgə səylərlə reallaşdırılan uğurlu regional əhəmiyyətli layihələr xüsusilə qeyd olunub: “Biz birgə önəmli layihələr həyata keçirmişik. Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.
İ.Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib: “İlham Əliyevi Tbilisidə qəbul etməkdən çox məmnun olaram”.