İrakli Qaribaşvili Gürcüstanın baş naziri kimi ilk səfərini Belçikaya edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı deyib.
İ.Qaribaşvili martın 15-dən 17-dək Brüsseldə Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya haqqında saziş üzrə yüksək səviyyəli görüşlərin planlaşdırıldığını bildirib.
O, Brüsselə David Zalkaliani ilə yollanacağını söyləyib.
Qeyd edək ki, Gürcüstanın yeni baş nazirinin Belçikadan sonra Azərbaycana səfər edəcəyi gözlənilir.