İran ABŞ-ın 15 vətəndaşına qarşı sanksiya tətbiq edib

İran ABŞ-ın 15 vətəndaşına qarşı sanksiya tətbiq edib Terror aktlarını təşkil etdikləri, onun təbliğatını və terroru dəstəklədikləri, eləcə də insan hüquqlarını pozduqları üçün İran hakimiyyəti ABŞ-ın 15 rəsmisini terrorçular siyahısında daxil edib.
Region
9 Aprel , 2022 12:57
İran ABŞ-ın 15 vətəndaşına qarşı sanksiya tətbiq edib

İran hakimiyyəti ABŞ-ın 15 rəsmisini terrorçular siyahısına daxil edib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi Tehran həmin şəxsləri terror aktları təşkil etməkdə, onun təbliğatında, terroru dəstəkləməkdə, eləcə də insan hüquqlarını pozmaqda ittiham edir.

Qeyd edək ki, bu il martın 30-da ABŞ-ın Maliyyə Nazirliyi İranın daha bir fiziki və 4 hüquqi şəxsinə sanksiya qoyub.

Son xəbərlər

Orphus sistemi