İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 6-da Rusiyaya səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 6-da Moskvada Hüseyn Əmirabdullahianı qəbul edəcək.